31 mart Azərbaycanlıların Soyqırımı günü Beyləqan rayonunda da qeyd olundu.
31 mart 2014-cü il tarixdə rayonumuzun Soyqırım abidə kompleksinin önündə 31 mart Azərbaycanlıların Soyqırımı günü qeyd edildi.
Mərasimdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, Qarabağ müharibəsi veteranları, ziyalılar, ağsaqqallar, rayonda fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və şagirdləri, kütləvi informasiya vasitələrinin nüməyəndələri iştirak etmişdir.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək son 200 ildə azərbaycanlılara və türklərə qarşı erməni daşnaqları tərəfindən törədilmiş vəhşiliklərindən, terror aktlarından ətraflı və geniş bəhs etdi.
Zaman-zaman torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunmasından, soyqırım siyasətinin ardıcıl yerinə yetirilməsindən danışdı.Bu soyqırıma və qırğınlara hüquqi-siyasi qiymətin ümumilli liderimiz Heydər Əliyev tərəfindən verilməsini diqqətə çatdırdı.
Mərasim iştirakçıları sonda Soyqırım abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək onların xatirəsini böyük ehtiramla yad etdilər.