17 İyun -Tibb işçilərinin peşə bayramıdır.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun "Səhiyyə İşçiləri Günü" kimi qeyd olunur. Bu münasibətlə Beyləqan rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova , aparatın digər əməkdaşları və səhiyyə işçiləri iştirak edib. Tədbiri MRX-nın Publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova açaraq qonaqları və tədbir iştirakçılarını salamladı,tibb işşçilərinə təbriklərini çatdırdı.
Rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova tədbirdə çıxış edərək bütün səhiyyə işçilərinə çətin amma şərəfli peşələrində uğurlar arzuladı. Y.Məmmədova səhiyyə işçilərinin həm vaksinləşmə prosesindəki rollarından, həm də 44 günlük Müharibədəki göstərdikləri əzm və fədəkarlıqdan söz açaraq tibbi xidmətin göstərilməsində fərqlənən bir qrup səhiyyə işçisinə İcra hakimiyyəti başçısının fəxri fərmanlarını təqdim etdi.
Qonaq qismində Xocavənd rayon İcra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva da tədbirdə iştirak edərək rayonumuzun tibb işçilərinə öz təbrikini çatdırmışdır.
Çıxış edən tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə,Vitse prezident Mehriban xanım Əliyevaya, eləcə də əməklərinə verilən qiymətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.