Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun-Dövlət Qulluqçularının peşə bayramı günüdür.

23 iyun 2021 | 16:00

BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 may 2006-cı il tarixli Sərəncamı ilə həmin günü Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi təsis etmişdir.


Dövlət qulluqçularının peşə bayramı xüsusi əhəmiyyət daşıyan, ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunan bayramlardandır. Çünki, dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində rolu böyükdür.


Peşə Bayramı günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara çətin amma şərəfli işlərində uğurlar diləyirik!

Keçidlər