Şriftin ölçüsü :

Saytın rəngi :

Qazilərlə növbəti dəfə görüş keçirilib.

24 iyun 2021 | 16:00

Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul  əməkdaşları, hüquq-mühafizə orqanlarının və MRX-nın rəhbəri, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərərkən yaralanan qazilər Həsənov Orxan Həsən oğlu və Heydərli Orxan İlyas oğlunun evində olublar. Onların səhhəti və problemləri ilə maraqlanıb, ailələrinə sovqatlar çatdırıb, ailə üzvlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə ediblər. 
Həsənov Orxan Həsən oğlu 9 oktaybr 1988-ci ildə Beyləqan rayonunda anadan olub. Torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan 44 günlük Vətən Müharibəsində səfərbərliklə orduya çağırılıb və N saylı hissədə kiçik çavuş olaraq kəşfiyyat bölüyündə xidmət göstərib. Füzuli, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Həsənov Orxan 2020-ci il 4 noyabr tarixində Daşaltıda gedən döyüşlərdə yaralanıb. Döyüşlərdə göstərdiyi igidliyə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  Şuşa döyüşlərində hər iki gözündən aldığı xəsarət nəticəsində görmə qabiliyyətini itirmişdir.
Heydərli Orxan İlyas oğlu 10 iyun 2002-ci il tarixində Beyləqan şəhərində anadan olub. 2 iyul 2020-ci ildə hərbi xidmətə çağırılan Heydərli Orxan işğal altında torpaqlarımızın azad olunması uğrunda sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Talış kəndi, Suqovuşan, Murovdağ döyüşlərində vuruşaraq əsl igidlik göstərib. Heydərli Orxan Ağuçuq zirvəsi uğrunda gedən döyüşlərdə minaya düşərək yaralanmış,sol ayağı amputasiya olunmuşdur.
Qazilərlə söhbətdə əsgərlərimizin qəhrəmanlıqlarından və Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açılıb, 30 illik həsrətə son qoyulduğu bildirilib.
Rayon İcra hakimiyyətinin rəhbərliyi hər iki qaziyə göstərdikləri şücaətə görə təşəkkür edərək hər zaman dövlətin onların yanında olduğunu bildirib.
Qazilər və ailə üzvləri onlara göstərilən diqqətə görə Ali baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

Keçidlər