Xocalı soyqırımının qurbanlarının xatirəsi Beyləqan rayonunda anılmışdır.
26 fevral 2014-cü il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin qarşısındakı Bayraq meydanında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.Meydanda Xocalı soyqırımını, hətta qanlı faciəni təsvir edən foto-sərgilər düzülmüşdür.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, Qarabağ müharibəsi veteranları,rayonun ziyalılar, ümumtəhsil ocaqlarının nümayəndələri, müəllimlər, şagirdlər, mətbuat işçiləri Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etmək üçün toplaşmışlar.
Vaqif Abdullayev çıxış edərək bildirmişdir erməni daşnaqları 1992-ci il fevralın 25-nən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı amansız vəhşiliklər törətmişlər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Vaqfi Abdullayev sonda bildirmişdir ki, bu faciə heç vaxt yaddan çıxmayacaq və lazım olsa Ali Baş Komandan möhtərəm Prezidentimiz İlham Əliyevin bircə əmri ilə hər bir azərbaycanlı silaha sarılacaq və bütün şəhid bacı və qardaşlarımızın qan yerdə qalmayacaqdır.