Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ildə Beyləqan rayonunun Sosial-iqtisadi inkişafına dair təhlili məruzə

03 fevral 2021 | 16:00

2020-ci ildə Beyləqan rayonunun

Sosial-iqtisadi inkişafına dair təhlili

MƏRUZƏ

Ümum məhsul buraxılışı

2020-ci il hesabat dövrü  ərzində rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi 241,2 milyon manat təşkil etmişdir. Onun həcmi ötən ilə nisbətən  45,9 milyon manat və ya 16,0 faiz az olmuşdur.

2020-ci ildə ümum məhsul buraxılışının adambaşına düşən həcmi  2417,0 manat təşkil etmişdir. Ümumi məhsul həcminin 183,3 milyon manatı (76,0 faizi) iqtisadiyyatın istehsal, qalan 57,9 milyon manatı (24,0 faizi) isə xidmət sahələrinin payına düşür.

Sənayedə  40,3 milyon manatlıq (ümum məhsul buraxılışı həcminin 16,7 faizi qədər), kənd təsərrüfatında 129,7 milyon manatlıq (53,8 faizi qədər), tikintidə 13,2 milyon manatlıq  (5,5 faizi qədər), nəqliyyat və rabitədə  2,9 milyon manatlıq (1,2 faizi qədər), ticarətdə 55,1 milyon manatlıq (22,9 faizi qədər) əlavə dəyər yaradılmışdır.

 

Ümum məhsul buraxılışı

 

2019-cu il

faktiki qiymətlərlə,

(min man)

2020-ci il

faktiki qiymətlərlə,

(min man)

2020-ci ilin 2019-cu ilə nisbətən,

faizlə

Sənaye

50630,0

40350,9

79,7

Kənd təsərrüfatı

123607,7

129655,7

104,9

Tikinti

54564,4

13266,3

24,3

Nəqliyyat və anbar təsərrüfatı

3340,9

1766,2

52,9

İnformasiya və rabitə

993,9

1111,2

111,9

 

Ticarət

53964,8

55071,0

102,0

      YEKUN

287101,7

241221,3

84,0

 

Sənaye

            01 yanvar  2021-ci il tarixə rayon üzrə qeydiyyatda olan 8 hüquqi şəxslərdən 7-nin, seçməyə düşmüş 24 fiziki şəxslərdən isə  22-nin fəaliyyəti olmuşdur.

            2020-ci il ərzində rayon üzrə istehsal olunmuş sənaye məhsulunun və sənaye xarakterli xidmətlərin dəyəri  40,3  milyon manat təşkil etmişdir.

Istehsal olunmuş məhsulun  32330,1  min manatnı (80,1 faizni) sənaye məhsulunun, qalan 8020,8 min manatnı (19,9 faizi) isə sənaye xarakterli xidmətlərin payına düşür. Sənaye məhsulunun  hamısı emal sənayesinin, göstərilmiş xidmətlərin hamısı elektrik enerjisi, qaz və suyun bölüşdürülməsinin payına düşür.

İl ərzində natura ifadəsində  mahlıc istehsalı  12127,3 ton, elektrik enerjisinin bölüşdürülməsi 109,5  milyon kv/saat, təbii qazın bölüşdürülməsi 32,2 milyon kub metr, suyun bölüşdürülməsi isə 1,0 milyon kub metr olmuşdur.

            Hesabat dövründə sənaye sahəsində işləyən işçilərinin orta sayı 933 nəfər olmuş, o cümlədən dövlət sektorunda çalışan  işçilərin sayı 378 nəfər (cəmi çalışanların 40,5 faizi qədər), qeyri-dövlət sektorunda çalışan işçilərin sayı isə 555 nəfər(cəmi çalışanların 59,5 faizi qədər) olmuşdur.     

            Sənayedə çalışanların orta aylıq əməkhaqqı  460,4 manat, o cümlədən dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 449,1 manat, qeyri dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı isə 468,3 manat olmuşdur. Hesabat dövründə işə qəbul edilən işçilərin sayı 343 nəfər, işdən çıxanların sayı isə 352 nəfər olmuşdur. Ondan dövlət sektorunda işə qəbul edilən işçilərin sayı  14 nəfər, işdən çıxanların sayı isə 64 nəfər, qeyri dövlət sektorunda işə qəbul edilən işçilərin sayı 329 nəfər, işdən çıxanların sayı isə 288 nəfər olmuşdur.

           

Tikinti

                                                                                                                                        

2020-ci il ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada investisiyadan istifadə edən təşkilatlar, rayon təşkilatları (əhali tərəfindən fərdi mənzil tikintisinə yönəldilən investisiyalar da daxil olmaqla) bütün maliyyə mənbələri hesabına qoyulan vəsaitin məbləği 13,7 milyon manat təşkil etmişdir. Onun 13,3 milyon manatı tikinti quraşdırma işlərinə yönəldilmişdir.

Hesabat dövründə istifadəyə verilmiş əsas fondların dəyəri 3,2 milyon manat omuşdur ki, bu da əvvəlki ilə nisbətən 3,5 milyon manat və ya 52,0 faiz az olmuşdur.

Bütün maliyyə mənbələri hesabına istifadəyə verilən əsas fondların  212,1 min manatı “Dövlət Neft Şirkəti”-nin, 141,0 min manatı  “Mingəçevir REŞ” MMC-nin, qalan 2,8 milyon manatı isə  əhalinin  şəxsi vəsaiti hesabına fərdi ev  tikintisinin payına düşür. İstifadəyə verilən əsas fondların 353,1 min manatı (11,1 faizi) dövlət mülkiyyətinə, qalan 2,8 milyon manatı (88,9 faizi) isə xüsusi mülkiyyətə aiddir. 2020-ci ildə əhalinin şəxsi vəsaitləri hesabına rayonda ümumi sahəsi 12886 kvadrat metr olan 113 fərdi ev tikilib istifadəyə verilmişdir.

Əsas kapitala yönəldilən investisiyaların həcmi əvvəlki ildəkindən 46,1 milyon manat və ya 77,0 faiz az, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi isə  41,3 milyon manat və ya 75,7 faiz az olmuşdur.

İstifadəyə verilmiş əsas fondlar, kapital qoyuluşu və əsaslı tikinti işləri.

 

Yerinə yetrilmişdir

2020-ci ilin 2019-cu ilə nisbətən,

faizlə

2019-cu il

2020-ci il

Əsas  fondlar –min manat

6637,2

3187,1

48,0

Mənzil tikintisi  -kv.metr

14336,

12886,0

89,9

o cümlədən Fərdi ev tikintisi- kv.metr

14336,

12886,

89,9

Investisiyalar  cəmi-min manat

59865,9

13759,8

23,0

o cümlədən tikinti-quraşdırma işləri-min manat

54564,4

13266,3

24,3

Adambaşına investisiyalar-manat

601,7

137,6

22,9

Əsas kapitala yönəldilən vəsaitin  10,8 milyon manatı (78,6 faizi) dövlət təyinatlı, qalan 2,9 milyon manatı (21,4 faizi) qeyri-dövlət təyinatlı obyektlərin, onun da 2,8 milyon manatı əhali tərəfində ümumi sahəsi 12886  kvadrat metr olan 113 fərdi evlərin, 105,0 min manatı isə fiziki şəxslərin tərəfindən digər obyeklərin tikintisinə sərf  olunmuşdur.

Mərkəzləşdirilmiş qaydada Dövlət investisiya qoyuluşunun ümumi həcmi 10,8 milyon manat (cəmi ayrılmış investisiyanın  78,6 faizi) olmuşdur ki, bunun da  2707,8  min manatı (25,02 faizi) Təhsil Nazirliyi, 2177,2 min manatı (20,12 faizi) Gənclər və İdman Nazirliyi,  2050,0 min manatı (18,94  faizi) "Azəravtoyol" ASC-i,  1974,5 min manatı (18,25 faizi) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  686,9 min  manatı (6,35 faizi) “Azərişıq”ASC-i,  648,3 min manatı (5,99 faizi) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-i, 285,5 min manatı (2,64 faizi) Məcburi Köçkünlərin Sosial İnkişaf  Fondu, 141 min manatı (1,30 faizi) “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-i,  91,5 min manatı (0,85 faizi) “Azərsu” ASC, 51,9 min manatı (0,48 faizi) Rayon İcra Hakimiyyəti,  5,1 min manatı (0,05 faizi) Kənd Təsərrüfatı Nazirliyi,  qalan 1,1 min manatı (0,01 faizi)isə Dövlət Neft Şirkəti  tərəfindən həyata keçirilmişdir.

      

           2019-2023-cü il Dövlət Proqramına əsasən Beyləqan şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaxşılaşdırılması layihəsi üzrə tikinti işləri bundan əvvəl qəbul olunmuş 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində başa çatdırılaraq 98701p/m magistral və şəbəkə daxili su xətləri çəkilib istifadəyə verilmişdir. Nəticədə 20 mindən çox rayon əhalisinin içməli su təminatı məsələləri öz həllini tapmışdır. 2020-ci ildə layihəyə uyğun olaraq əlavə su itkisinin qarşısının alınması məqsədilə şəbəkədə sayğaclaşma işləri həyata keçirilir. 01 yanvar 2021-ci il tarixədək layihədə nəzərdə tutulmuş 6500 ədəd smart kart tipli  su sayğacından ümumilikdə şəbəkə üzrə əhali sektoru abonentlərinə 4889 ədəd su sayğacı quraşdırılmışdır ki, bunların da hamısı aktivləşdirilərək vətəndaşların istifadəsinə verilmişdir. Hesabat dövründə şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 98 ədəd su şəbəkəsində baş vermiş qəzalar aradan qaldırılmış, S.İmrəliyev və Magistral küçəsində  d200 və d250mm-lik siyirtmə su boruları dəyişdirilmiş, mərkəzi su anbarında və Əlinəzərli kəndi ərazisindəki anbarda yerləşən dərinlik nasosları yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə kənd yerlərində əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün “Azərsu”ASC tərəfindən rayonun Milabad, Mil və Yeni Mil qəsəbələrində hər birində 1 ədəd olmaqla ümumilikdə 3 ədəd subartezian quyusu qazılıb əhalinin istifadəsinə verilmiş, Gödəklər kəndində 11 ədəd bulaq tikilib istifadəyə verilmişdir.  Beyləqan şəhərində kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün 89540 p/m kanalizasiya xətləri çəkilmiş  layihəyə uyğun olaraq hesabat dövründə çirkab suların təmizlənməsi üçün sutəmizləyici qurğuların tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda şəhər əhalisi kanalizasiya xidmətlərindən istifadə edir. Əhatə olunan dövrdə S.İmrəliyev küçəsində d400 mm-lik kanalizasiya borusu yararsız hala düşdüyü üçün yenisi ilə əvəz olunmuş, 50 abonent texniki şərt əsasında çirkab sularının axıdılması üçün şəbəkəyə qoşulmuşdur. 

Dövlət Proqramı çərçivəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə rayonun Kəbirli, Baharabad, Örənqala, Xaçınabad kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulsa da hesabat dövründə bu istiqamətdə işlərə başlanılmamışdır..

01 yanvar  2021-ci il tarixinə rayon üzrə təbii qaz istifadəçilərinin (abonentlərin) sayı 20689-a (o cümlədən əhali təsərrüfatlarının sayı 20542-yə) çatdırılmışdır. O cümlədən hesabat ilinin əvvəlindən 260 yeni abonent istifadəyə verilmiş, onun da  245-i əhali, 15-i isə qeyri əhali sektoruna aiddir. Rayonda mövcud 42 yaşayış məntəqəsinin hamısı  tam qazlaşmışdır.

Rayonun tikinti sektorunda yerinə yetirilmiş iş və xidmətlərin həcmi  5461,2 min manat,  o cümlədən  hüquqi şəxslər tərəfindən 2945,4  (ondan dövlət sektorunda 1338,7 min manat, qeyri-dövlət sektorunda 1606,7) min manat, fiziki şəxslər tərəfindən isə 2515,8 min manat olmuşdur.

2020-ci ildə hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş təmir-tikinti işləri :

 

2020-ci ildə

Cəmi

o cümlədən

əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

əsas lı təmir

cari təmir

sair işlər

Cəmi

əsas lı təmir

cari təmir

sair işlər

A

1

2

3

4

5

 

6

7

Rayon (şəhər) üzrə, cəmi:

2945,4

 

381,4

2510,6

53,4

86,9

 

2429,3

77,6

39,0

Cədvəlin ardı...

o cümlədən:

 dövlət mülkiyyəti

1338,7

 

1333,7

5,0

103,9

 

104,0

71,4

 qeyri-dövlət mülkiyyəti

1606,7

381,4

1176,9

48,4

76,5

2429,3

60,2

37,3

 ondan:

         xüsusi mülkiyyət

1606,7

 

381,4

1176,9

48,4

76,5

 

2429,3

60,2

37,3

Hüquqi şəxslər üzrə tikinti sektorunda çalışan işçilərin orta sayı 143 nəfər olmuş, orta aylıq əməkhaqqı 437,3 manat təşkil etmişdir. Əvvəlki illə  müqayisədə işçilərin orta siyahı sayı 3 nəfər və ya 1,8 faiz çox,  adambaşına düşən orta aylıq əməkhaqqı isə 66,7 manat və ya 18,0 faiz çox  olmuşdur.

Hesabat dövründə özəlləşdirilən mənzillərin sayı 7, onların ümumi sahəsi isə 372,5 kvadrat metr olmuşdur.

 

Kənd təsərrüfatı.

Hesabat ilində rayonun kənd təsərrüfatı sektorundan əldə olunan cəmi gəlirlər 129655,7 min manata, o cümlədən heyvandarlıqdan - 64065,8 min manata, bitkiçilikdən isə 65589,9 min manata çatmışdır.                                                                                                       

Regionların sosial-iqtisadi inkişafına və əhalinin fasiləsiz ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 1907 nömrəli sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə  dövlət  büdcəsi  vəsaiti  hesabına  əkilən  hər  bir  hektar  üçün əlavə 40 manat yardım verilməsi, yüksək reproduksiyalı toxum materialının istehsalı və satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, xam pambıq istehsalının hər kiloqrama ğörə 0,1 manat, süni mayalanma nəticəsində doğulan hər baş buzova görə 100,0 manat əlavə vəsaitin ayrılması bəzi kənd təsərrüfat məhsullarının 2020-ci ildə 2019-cu ilə nisbətən artım əldə edilməsinə gətirib çıxarmışdır.

             2020-ci ilin məhsulu üçün aparılan əkinlərin sahəsi 48559,2 hektar təşkil etmişdir. Rayonda əvvəlki ildəkinə nisbətən taxıl əkini 482,7 hektar çox (103,9 faiz), kartof əkini 5 hektar çox (101,3 faiz), qarğıdalı əkini isə 236 hektar çox (133,3 faiz) olmuşdur.

2020-ci ildə əkin sahələrinin strukturu (hektar)

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, +,-

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

Cəmi əkin sahəsi

48776,8

48559,2

- 217,6

99,6

o cümlədən :  Payızlıq taxıl

12431,0

12913,7

+ 482,7

103,9

                                  Ondan:     Buğda     

10666,0

11094,7

+ 428,7

104,0

                                                Arpa

1765,

1819,0

+ 54,0

103,1

                     Darı

105,0

-

-

-

                     Paxlalılar

60,0

61,0

+ 1,0

101,7

                     Pambıq

9706,1

8743,7

- 962,4

90,1

                     Kartof

385,0

390,0

+ 5,0

101,3

                     Tərəvəz

1293,0

1294,0

+ 1,0

100,1

                     Bostan

413,5

415,0

+ 1,5

100,4

                     Şəkər çuğunduru

558,7

398,3

- 160,4

71,3

                     Cəmi qarğıdalı 

708,0

944,0

+ 236,0

133,3

                                   Ondan:  Dən üçün

708,0

944,0

+ 236,0

133,3

                      Soya     

483,0

509,0

+ 26,0

105,4

                      Süpürgə

9,0

-

-

-

                      Yaşıl yem(xəsil)

550,0

448,0

- 102,0

81,5

                     Təzə yonca

2523,5

3083,0

+ 559,5

122,2

              Çoxillik yem bitkiləri

19551

19359,5

- 191,5

99,0

Təkrar əkin

2979,0

2509,8

- 469,2

84,2

                   Meyvə bağları

803,3

811,6

+ 8,3

101,0

                  Üzümlüklər

132,0

132,0

-

100,0

Bitkiçilik məhsulları istehsalı (ton)

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, +,-

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

Payızlıq dənlilər və Paxlalılar

43044

46468

+ 3424

108,0

o cümlədən:  Taxıl istehsalı           

42696

46113

+ 3417

108,0

             Ondan:        Buğda

37544

40521

+ 2977

107,9

                                 Arpa

5152

5592

+ 440

108,5

Paxlalılar

348

355

+ 7

102,0

Darı

2124

-

- 2124

-

Pambıq

29444

31049

+ 1605

105,5

Soya

1260

834

- 426

66,2

Şəkər çuğunduru

30469

23074

- 7395

75,7

Dən qarğıdalısı

7059

11747

+ 4688

166,4

Cədvəlin ardı...

             o cümlədən:   təkrar əkindən

187

3111

+ 2924

16,6 dəfə

Kartof istehsalı

3750

3802

+ 52

101,4

Tərəvəz istehsalı

42200

36057

- 6143

85,4

Bostan

6994

7158

+ 164

102,3

Yem bitkiləri

159658

166303

+ 6645

104,2

Meyvə istehsalı

7864

7712

- 152

98,1

Üzüm

2902

2995

+ 93

103,2

 

            Məhsuldarlıq

                        sentner

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, +,-

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

Cəmi  - Taxıl

34,3

35,7

+ 1,4

104,1

o cümlədən:    Buğda

35,2

36,5

+ 1,3

103,7

                       Arpa

29,2

30,7

+ 1,5

105,1

Dənlik qarğıdalı

97,1

91,5

- 5,6

94,2

Pambıq

30,3

35,5

+ 5,2

117,2

Soya

26,1

16,4

- 9,7

62,8

 

2021-ci ilin məhsulu üçün 13343,8 hektar sahədə payızlıq taxıl, o cümlədən 12704,8 hektarı dən üçün, ondan 10675,1  hektar  buğda, 2029,7  hektar  isə arpa  əkilmişdir. Rayon üzrə meşələrin sahəsi 3675 hektara bərabərdır.

            Heyvandarlıq kənd təsərrüfatının əsas sahəsidir. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər, həmçinin xarici dövlətlərdən cins mal qaranın gətirilməsi, süni mayalanma məntəqələrinin, süd qəbulu və emalı müəssisələrinin yaradılması məhsul istehsalına müsbət təsirini göstərmişdir. 

Hesabat dövründə rayonda diri çəkidə 8004 ton ət, 39796 ton süd, 23178 min ədəd yumurta, 600 ton yun istehsal edilmişdir. İri buynuzlu mal qaranın baş sayı 59284 başa, o cümlədən ana inək və camışların sayı 28356 başa, qoyun və keçilərin baş sayı 302951 başa, quşların baş sayı isə 487335 başa çatmışdır.

Heyvandarlıq məhsulları istesal və mövcud mal qaranın baş sayı

 

Ölçü vahidi

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

%

2020-ci il, 2019-cu ilə nisbətən, +,-

Ət (diri çəkidə)

ton

8005

8044

100,5

+ 39

Süd

“----”

39663

39796

100,3

+ 133

Yumurta

min ədəd

24763

23178

93,6

- 1585

Yun

ton

596

600

100,7

+ 4

İri buynuzlu mal qara

baş

59194

59284

100,2

+ 90

o cümlədən    İnək və camış

“----”

28282

28356

100,3

+ 74

Qoyun və keçilər

“----”

302759

302951

100,1

+ 192

Quş

“----”

483337

487335

100,8

+ 3998

                    

            Rayonda kənd təsərrüfatına xidmət edən təşkilatların əhatəsi genişlənməkdədir. Hazırda kənd təsərrüfatına 14 sudan  istifadə birliyi, bir toxumçuluq müəssisəsi, 14 süd qəbulu müəssisəsi, 9 süni mayalama məntəqəsi, 2 pambıqtəmizləmə zavodu, 1 aqroservis təşkilatı xidmət göstərir.

 

Meliorasiya və irriqasiya tədbirləri

 

            Hesabat dövründə Dövlət Proqramına uyğun olaraq  torpaqların meliorativ cəhətdən  yaxşılaşdırılması və qrunt sularının  səviyyəsinin  aşağı salınması  məqsədi ilə  Meliorasiya İdarəsi tərəfindən dövr ərzində rayonun Aşıqalılar, Türklər, Eyvazalılar, Gödəklər,Yuxarı Aran, Birinci Şahsevən, Bünyadlı, Dünyamalılar, Kəbirli,  Əhmədli, Sarısu, Bolsulu, Tatalılar, Bahar, Qəhrəmanlı, İmamveridli, Günəşli, Birinci Aşıqlı, İkinci Aşıqlı, Əlinəzərli, Şərq və digər yaşayış məntəqələrinin ərazilərindəki mövcud kollektor-drenaj şəbəkələrində 213,9 km uzunluğunda lildən təmizləmə və torpaq hamarlama işləri  görülmüşdür.

            Mülkiyyətçilərin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması istiqamətində rayonun Suvarma Sistemləri İdarəsi  tərəfindən əhatə olunan dövrdə Dövlət Proqramı çərçivəsində İmamverdili, Dünyamalılar, Birinci Şahsevən, Eyvazalılar, Qaralılar, Təzəkənd, Qəhrəmanlı, Sarısu, Bahar, Gödəklər, İkinci Şahsevən, Bolsulu, Kəbirli, Bünyadlı, Birinci Aşıqlı, İkinci Aşıqlı, Aşağı Çəmənli,  Əhmədli, Allahyarlı, Aşıqalılar, Əmirzeyidli, Türklər, Yuxarı Aran, Yuxarı Çəmənli, Örənqala, Tatalılar, Şəfəq və digər kənd və qəsəbələrin ərazisindən keçən suvarma kanallarında 1017,75 min m3 həcmində torpaq işi görməklə 689,45 km uzunluğunda suvarma kanalları lildən və digər çöküntülərdən təmizlənmiş, 182 ədəd hidrotexniki qurğuda cari, Qəhrəmanlı qəsəbəsi və Aşıqalılar kəndi ərazisində hər birində 1 ədəd olmaqla 2 ədəd körpüdə və P-3 kanalının 1,2 km hissəsi üzərindəki qurğularda əsaslı təmir işləri görülmüşdür.

Əhalinin suvarma suyuna olan tələbatının daha da yaxşılaşdırılması üçün rayon  ərazisində 39 ədəd subartezian quyusu, 44 ədəd ESV markalı su nasosları  və  35 ədəd elektrik avadanlıqları cari təmir olunmuşdur.

Bələdiyyələr

 

            01 yanvar 2021-ci il tarixinə rayonda 37 bələdiyyə fəaliyyət göstərir. Hesabat dövründə onların büdcələrinə daxil olan: 

-Gəlirlərin məbləği - 419,9  min manat, o cümlədən fiziki şəxslərdən torpaq vergisi 82,4 min manat, əmlak vergisi 20,8 min manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən daxil olan gəlirlər 162,6 min manat,  torpağın özəlləşdirilməsindən daxil olan gəlirlər 77,1 min manat, dövlət büdcəsindən daxil olan dotasiyanın məbləği isə 75,3 min manat, digər daxil olmalardan 1,7 min manat olmuşdur.

- Xərclərin məbləği – 373,7 min manat, o cümlədən yerli özünüidarəetmə orqanının saxlanmasına 335,1 min manat (o cümlədən əmək haqqı 178,8 min manat), yol təmiri xərcləri 4,2 min manat,  ətraf mühitin mühafizəsinə 14,8 min manat,  sosial müdafiə xərcləri  4,9 min manat, mədəni kütləvi tədbirlərə 5,8 min manat, digər xərclərə isə 8,9 min manat sərf edilmişdir.

 

Nəqliyyat

 

        Nəqliyyat           sektoru da inkişaf etməkdədir. Yük və sərnişindaşımalar  əsasən avtonəqliyyat  vasitələri ilə həyata keçirilir. 2020-ci ildə nəqliyyat sektorunda məhsul buraxılışının həcmi 1,8 milyon manat olmuşdur. Fiziki şəxslər tərəfindən yükdaşınmasından 279,3 min manat, sərnişindaşınmasından 1200,6 min manat, hüquqi şəxslər tərəfindən isə göstərilən nəqliyyat xidmətindən 286,3 min manat gəlir əldə edilmişdir. Yükdaşıma və sərnişindaşımaların 100 faizi fiziki şəxslər tərəfindən həyata keçirilir.

            Rayonda hər min nəfərə düşən minik avtomobillərinin sayı 88-ə çatmışdır. Nəqliyyat xidmətinin 68,0 faizi sərnişindaşımalardan, 16,0 faizi isə yükdaşımalardan ibarətdir. Əvvəlki ilin müvafiq dövründəkinə nisbətən yükdaşımalar 259 min ton, sərnişindaşımalar isə 4687 min nəfər azalmışdır.

            Hüquqi şəxslər üzrə nəqliyyat sektorunda çalışanların sayı 54 nəfər, orta aylıq əməkhaqqı isə 266,1 manat olmuşdur. Əvvəlki ilə nisbətən orta aylıq əməkhaqqı 48,3 manat və ya 22,0 faiz çox olmuşdur.

 

Rabitə

         Rabitə daha sürətlə inkişaf etmiş, rayonun bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Mövcud 39 avtomat telefon stansiyalarının hamısı elektron tiplidir.

         2020-ci ildə rabitə müəssisələri tərəfindən göstərilən rabitə xidmətlərinin həcmi 1111,2 min manat olmuşdur. Rayonda əhaliyə rabitə xidməti göstərən hüquqi şəxs Telekommunikasiya qovşağıdır.

Rabitə xidməti üzrə göstəricilər.

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

ATS-lərin sayı

39

39

100,0

o cümlədən:  elektron tipli

39

39

100,0

Rabitə xidmətinin həcmi-min manat

993,9

1111,2

111,8

Adambaşına rabitə xidməti-manat

9,9

11,1

112,1

Rabitədə  işçilərinin orta sayı-nəfər

94

92

97,9

Orta aylıq əməkhaqqı-manat

333,5

374,5

112,3

 

2020-ci ildə adambaşına düşən rabitə xidmətinin həcmi 11,1 manat, Rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 92 nəfər, adambaşına düşən orta aylıq əməkhaqqı isə 374,5 manat olmuşdur.

 

Əmtəə bazarı, ödənişli xidmətlər

 

            2020-ci ildə əhaliyə ticarət və xidmət şəbəkələri vasitəsilə 168,5 milyon  manatlıq  istehlak malları satılmış, 2,5 milyon manatlıq iaişə xidmətləri,  21,2 milyon manatlıq ödənişli xidmətlər, o cümlədən 2,8 milyon manatlıq məişət xidmətləri göstərilmişdir.      

Əhaliyə əvvəlki ilə nisbətən 5,4 milyon manat (3,3 faiz)çox istehlak malları satılmış, ictimai iaşə xidmətinin həcmi 3040 min manat (55,0 faiz) az, göstərilən ödənişli xidmətlərin həcmi 8203,4 min manat  (27,9 faiz) az, o cümlədən məişət xidmətinin həcmi 967,8 min manat (25,6 faiz) azalmışdır.

          Bir gündə əhaliyə satılan istehlak malları 461,7 min manat, göstərilən ödənişli xidmətin həcmi 58,1 min manat təşkil edir.

         Əhaliyə xidmət göstərən  pərakəndə ticarət müəssisələrinin sayı 500-ə yaxındır. 2020-ci ilin Yanvar-dekabr aylarında  istehlak malları və xidmətlərin tarifləri əvvəlki ilin müvafiq dövründəkinə nisbətən 3,5 faiz bahalaşmışdır. Bu göstərici ərzaq malları üzrə 3,9 faiz, qeyri-ərzaq malları üzrə 2,6 faiz, xidmətlər üzrə 3,1 olmuşdur.

 

Demoqrafiya

 

            01 yanvar 2021-ci  il vəziyyətinə rayon əhalisinin 100,0 min nəfərə çatmışdır. 2020-ci ilin Yanvar-dekabr aylarında yalnız təbii artım nəticəsində əhali 457 nəfər artmışdır.

           2020-ci ildə rayonda 1298 körpə dünyaya gəlmişdir. Ötən ildə rayonda orta hesabla hər gün 3,6  körpə   doğulmuşdur.  İl ərzində nigahların sayı  387-yə  çatmış,  boşanmaların sayı isə 126 olmuşdur. Hesabat dövrünün  hər günündə  rayonda 1,1 nikah bağlanmışdır.

Demoqrafik göstəricilər.

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

Əhalinin sayı-min nəfər

99,5

100,0

100,5

Doğulanların sayı-nəfər

1573

1298

82,5

Ölənlərin sayı-nəfər

541

841

155,4

Təbii artım –nəfər

1032

457

44,3

Nikahların sayı

710

387

57,5

Boşanmaların sayı

163

126

77,3

Qaçqınlar – nəfər

419

416

99,3

Məcburi köçkünlər – nəfər

12032

11974

99,5

 

Rayon büdcəsinin gəlirləri

 

            2020-ci ildə  rayon büdcəsinə vergi daxil olmalarından 10, 9 milyon manat toplanmışdır. İl ərzində proqnoz tapşırığına 109,9 faiz əməl olunmuşdur. Rayon büdcəsinə əvvəlki ilə nisbətən 235,0 min manat çox (12,2 faiz ) vəsait daxil olmuşdur.

            Əvvəlki ilə nisbətən mənfəət vergisi 588,7 min manat, gəlir vergisi 1835,4 min manat, dövlət torpaq sahələrinin icarə haqqı 129,1 min manat artmış, əlavə dəyər vergisi 1768,4 min manat, dövlət rüsumu 132,4 min manat, torpaq vergisi 20,9 min manat, əmlak vergisi 172,0 min manat, sadələşdirilmiş vergi 195,7 min manat, sair vergi daxilolmaları 28,8 min manat  azalmışdır.

            Proqnoz tapşırığından mənfəət vergisi üzrə 789,1 min manat, gəlir vergisi üzrə 493,6 min manat, sair daxilolmalar üzrə 135,3 min manat, dövlət torpaq sahələrinin icarə haqqı üzrə 92,0 min manat çox, əlavə dəyər vergisi üzrə 139,0 min manat manat, torpaq vergisi üzrə 23,4 min manat, dövlət rüsumu üzrə 103,6 min manat, əmlak vergisi üzrə 84,7 min manat, sadələşdirilmiş vergilər üzrə 175,1 min manat az vəsait yığılmışdır.

            2020-ci ildə tədiyyə növləri üzrə büdcəyə daxilolmalara dair əsas göstəricilər.

                                                                                                                            min manat

 

 

 

Praqnoz

 

İcra olunub

                     Faiz

Praqnoza görə

Yekuna görə  

2019-cu ilə  görə

Cəmi

9968,0

10952,2

109,9

100,0

102,2

Ondan, Əlavə dəyər vergisi

2119,7

1980,7

93,4

18,1

52,8

             Mənfəət vergisi

450,0

1239,1

275,4

11,3

190,5

             Gəlir vergisi 

6300,0

6793,6

107,8

62,0

137,0

             Torpaq vergisi

105,0

81,6

77,7

0,7

79,6

             Əmlak vergisi

103,0

18,3

17,7

0,2

9,6

             Sadələşdirilmiş vergi

432,0

256,9

59,5

2,4

56,8

             Dövlət rüsumu

400,0

296,4

74,1

2,7

69,1

             Döv.tor.sah.icarə haqqı

49,0

141,0

287,8

1,3

11,8 dəfə

             Sair daxilolmalar

9,3

144,6

15,5 dəfə

1,3

83,4

                                                                                                                       

         Rayon büdcəsi gəlirlərinin çox böyük hissəsini əhalidən gəlir vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və dövlət rüsumu təşkil edir. Proqnoz tapşırığının 63,2 faizini gəlir vergisi, 21,3 faizini əlavə dəyər vergisi, 4,5 faizini mənfəət vergisi, qalan digər tədiyyə növləri birlikdə 11,0 faizini təşkil edir.

 

Təhsil, səhiyyə, mədəniyyət.

 

         2020/2021-ci tədris ilinin əvvəlinə rayonda ümumtəhsil məktəblərinin sayı 55, texniki-peşə məktəblərinin sayı 1 olmuşdur.  Məktəblərin 2-si ibtidai, 5-i ümumi orta,  48-ı tam orta, 1-i isə lisey məktəbidir. Dərs ilinin əvvəlinə bu məktəblərdəki şagirdlərin sayı 15719, o cümlədən qızların sayı 7126 nəfər olmuşdur. Şagirdlərin sayı 2019/2020-ci tədris ilinə nisbətən 3,0 faiz (472 nəfər) artmişdır. İbtidai məktəblərdə 59, ümumi orta məktəblərdə 415, tam orta məktəblərdə 15963, ondan isə 718 şagird liseydə təhsil alır. Siniflərin komplektləşməsi nəticəsində onların sayı 834 nəfər(əvvəlki tədris ili ilə müqaisədə 26 nəfər artmışdır) olmuşdur.  Cəmi  müəllimlərin  sayı 1470 nəfər (o cümlədən Təhsil Nazirliyinin imtahanları nəticəsində işə göndərilənlərin sayı 112 nəfər) olmuşdur. İki növbəli  məktəblərin sayı  20 vahid, ikinci  növbədə oxuyanların sayı 2187 nəfər olmuşdur. İkinci növbədə oxuyanlar cəmi şagirdlərin 13,9 faizini  təşkil edir. Qadın müəllimlər (müəllimlərin 80,0 faiz) 1257 nəfərdir. Təhsil sahəsində işləyən işçilərin  orta aylıq əməkhaqqı 487,2 manat olmuşdur.

        Ötən il ali təhsil müəssisələrinə qəbul olunan şagirdlərin sayı 272 nəfər, o cümlədən 500 baldan çox toplayan şagirdlərin sayı 24 nəfər, orta ixtisas məktəblərinə qəbul olunanların sayı isə 148 nəfər olmuşdur.

         İl ərzində 185 çarpayısı olan 4 xəstəxana, 561 xəstə qəbul gücünə malik 21 ambulator-poliklinika  müəssisəsində fəaliyyət göstərən 120  həkim, 381  orta tibb işçisi əhaliyə xidmət göstəmişdir. Rayon əhalisinin hər 10000 nəfərinə 12,0 həkim, 38,2 orta tibb işçisi, 18,6 çarpayı düşür.

         Hesabat ilində  37 kütləvi kitabxana, 36 klub müəssisəsi,  2 mədəniyyət və  istirahət parkı, 4 muzey, 31 məktəbəqədər uşaq müəssisəsi, 1 texniki peşə məktəbi və 1 musiqi məktəbi fəaliyyət göstərir.

 

Pensiya təminat, sosial müavinətlər.

 

             01 yanvar 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fondunun uçotunda duran pensiyaçıların sayı 11754 nəfər,  pensiyaçıların orta aylıq pensiya məbləği son bir ildə 33,68 manat artaraq 248,7 manat olmuşdur. Pensiyaların orta məbləği yaşa görə 255,66 manata, əlilliyə görə 237,1 manata, ailə başçısını itirdiyinə görə 241,08 manata bərabər olmuşdur.

 

Pensiya təminatının əsas göstəriciləri.

 

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

      Cəmi pensiyaçılar – nəfər

12702

11754

92,5

o cümlədən:  yaşa görə - nəfər

7301

6822

93,4

                      əlilliyə görə - nəfər

4556

4338

95,2

                   ailə başçısını itirməyə görə-nəfər

845

594

70,3

Pensiyaların orta aylıq məbləği-manat

214,39

248,07

115,7

ondan:        yaşa görə-manat

220,9

255,66

115,7

                   əlilliyə görə-manat

212,81

237,1

111,4

                ailə başçısını itirməyə görə-manat

166,74

241,08

144,6

           

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsi tərəfindən sosial müavinətlərlə təmin olunan əhalinin sayı 4975 nəfər,  ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı  1036-ya, ailə üzvlərinin sayı isə 4453-ə çatmışdır. Son bir ildə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 171 ailə, ailə üzvlərinin sayı isə 795 nəfər artmışdır. Bir nəfərə düşən sosial müavinətin orta aylıq  məbləği 114,15 manat, bir nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 57,5 manata bərabər olmuşdur.

Sosial müavinətlər və ünvanlı dövlət sosial yardımın əsas göstəriciləri.

 

2019-cu il

2020-ci il

2020-ci il, 2019-cu ilə nisbətən, faizlə

Sosial müavinət alanlar-nəfər

4703

4975

105,8

Orta aylıq müavinət məbləği-manat

117,07

114,15

97,5

Ünvanlı sosial yardım alan ailələr- ailə

865

1036

119,8

Onların ailə üzvlərinin sayı-nəfər

3658

4453

121,7

Bir nəfərə yardımın orta aylıq məbləği-manat

49,78

57,5

115,5

 

 

Əmək bazarı* və Yeni iş yerləri.

 

01 yanvar  2021-ci il  vəziyyətinə muzdlu işləyənlərin orta sayı 10,4 min nəfər olmuşdur. Orta aylıq nominal əmək haqqı 434,7 manat, o cümlədən kənd təsərrüfatında 457,4 manata, sənayedə 461,4 manata, tikintidə 437,3 manata, nəqliyyatda 266,1 manata, ticarət və xidmət sahlərində 288,5 manata, rabitə sahəsində 374,5 manata, dövlət  idarəetmə  orqanlarında 716,1 manata, təhsildə  487,2 manata, səhiyyədə 371,5 manata, digər sosial sahələrdə 427,0 manata bərabər olmuşdur

2003-cü ilin 4-cü rübündən  01 yanvar 2021-ci il tarixinədək  rayonda 54380 yeni iş yeri yaradılmış, o cümlədən onun 18291-i daimi  iş yerləridir.

            2020-ci ilin yanvar-dekabr aylarında  rayonda açılmış yeni iş yerlərinin sayı 2641  (o, cümlədən daimi iş yerləri 2641) vahid olmuşdur. Ondan 253-ü mövcud müəssisə və təşkilatların, 2388-i isə fiziki şəxslərin payına düşür.

           

 

 

 

 

 

 

 

 

Keçidlər