Beyləqan rayonunda Polis günü qeyd edildi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə günü münasibəti ilə Beyləqan rayonunda tədbir keçirildi. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoydular və xatirəsinə öz ehtiramlarını bildirdilər.
Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün şəhər qəbiristanlığında Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin abidəsi önünə əkili qoyularaq məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.
Rayon Polis Şöbəsində Polis şöbəsinin zabit və sıravi heyəti qarşısında Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsində Azərbaycan polisinin şərəfli xidmət yolundan danışıldı. Rayon Polis Şöbəsi əməkdaşlarının da ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsində əhəmiyyətli iş gördükləri qeyd edildi.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Rayon Polis Şöbəsinin bir sıra əməkdaşları Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edildilər.