Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır.

01 iyul 2021 | 16:00

Beyləqan rayonunda Vətən müharibəsi Şəhidlərinin  ailələri özünəməşğulluq proqramına cəlb olunublar. Özünüməşğulluq proqramında iştirak edən şəhid ailələri şəxsi təsərrüfatlarının qurulması və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlərə cəlb ediliblər.
Təlimin aparılması məqsədilə Tarix Diyarşünaslıq muzeyində tam şərait yaradılıb, iş otaqları ayrılıb və lazımi ləvazimatlarla təchiz olunub.
1 günlük keçirilən  təlimdə 19 şəhid ailəsinə sertifikat təqdim olundu.
Təlim prosesində rayon İcra hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova və 17 saylı Regional Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev də iştirak etdilər.
Y.Məmmədova təlim iştirakçılarına bir daha başsağlığı verib bildirmişdir ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın  ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə Fərman və sərəncamlar imzalanıb.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib.
17 saylı Regional Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev də şəhid ailələrinin,qazilərin və müharibə iştirakçılarının işlə təminatında,eləcə də özünəməşğulluğa cəlb olunmasında mərkəzin xidmətlərindən bəhs etdi.
Təlim iştirakçılarını narahat edən problemlər qeydiyyata alındı və problemin həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verildi.
Şəhid atası Bayramov Ələddin Rasim oğlu dövlət tərəfindən göstərilən diqqət və qayğının bütün cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılandığını vurğulayaraq, işğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da xalqa qələbə sevinci yaşatdığına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələri adından minnətdarlıq etdi.

Keçidlər