ELAN!
ELAN
“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Beyləqan RİH başçısının 17.09.2020-ci il tarixli 60 nömrəli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 17.09.2020-ci il tarixdən etibarən 20 iş günü müddətində Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunur və 15.10.2020-ci il tarixində başa çatacaqdır.
Seçkidə iştirak etmək istəyən şəxslər Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət edə bilər.