Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Şəhid Toğrul Xudiyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

12 avqust 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhid olan Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, şəhidimiz Toğrul Xudiyevin xatirəsinə inşa olunmuş bulağın açılışı baş tutub. Qeyd edək ki, Toğrul Xudiyev 1999-cu il dekabrın 29-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Xudiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəmanımız noyabrın 9-da elə Şuşa döyüşləri zamanı şəhid olub
Şəhidimizin xatirəsinə inşa olunmuş bulağın açılış tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, şəhidin ailəsi və doğmaları, kənd sakinləri, N-saylı hərbi hissənin bir qrup əsgəri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə əvvəlcə şəhidlərimizin məzarı ziyarət edilmiş, onların ruhuna dualar oxunulmuşdur.
Daha sonra xatirə bulağının açılışı baş tutub, önünə gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib, şəhid Xudiyev Toğrulun döyüş yolundan danışıb, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin ailəsinə dərin ehtiramını bildirib.
Tədbirdə çıxış edənlər şəhid Toğrul Xudiyevin qısa, lakin şərəfli həyat yolundan, onun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açıblar. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq.
Şəhidin ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbir şagirlərin ifasında şəhidimizə həsr edilmiş şeir və kompozisiyalarla davam edib.

Keçidlər