Beyləqan rayonunda Bayram yarmarkası keçirilmişdir.
14 mart 2014-cü ildə Novruz bayramı münasibətilə bayram yarmarkası keçirilmişdir.Yarmarkaya müxtəlif kənd təsərrüfatı malları, tərəvəz və meyvələr, bayram məhsulları və s. çıxarılmışdır. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur.
Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya meyvə-tərəvəz, ət, balıq, yağ, yumurta, süd məhsulları çıxarılmışdır. Qiymətlər bazara nisbətən orta hesabla 20-30 faiz ucuz olmuşdur. Məsələn, bazarda mal ətinin kiloqramı 7-8 manat olduğu halda, yarmarkada 6 manata, kiloqramı 9-10 manata satılan qoyun əti 7-8 manata, kənd toyuğu 4 manata, kənd yumurtası isə 10 qəpiyə təklif edilmişdir.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən məmnunluqlarını ifadə etmişlər.Yarmarkada rayon sakinləri bazara nisbətən ucuz bayram sovqatları almış və yarmarkadan razılıq etmişlər və belə yarmarkaların tez-tez keçirilməsini arzu etmişlər.