Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 31-də Beyləqan Rayon İcra Hakimiyyəti və Könüllü Yardım Fondunun birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində qazi övladları üçün tədbir keçirilib.

31 avqust 2021 | 16:00

Avqustun 31-də Beyləqan Rayon İcra Hakimiyyəti və Könüllü Yardım Fondunun birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində qazi övladları üçün tədbir keçirilib. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, "Könüllü Yardım fondu"dan Gül Eyni xanım və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tədbirdə çıxış edərək şəhid və qazilərimizin qürür yerimiz olduğunu, onların övladlarının daim diqqət mərkəzində qalacağını və onların inkişafı üçün davamlı işlər görüləcəyini qeyd etdilər.

“Gənclik” xalq teatrının səhnələşdirdiyi “Ağıllı Fatma” tamaşası tədbir iştirakçıları və qazi övladları tərəfindən maraqla qarşılandı. Həmçinin tədbirdə musiqi dəqiqələri oldu və əyləncəli nömrələr göstərildi.

Tədbirin sonunda 48 qazi övladladına məktəbli çantası ve ders ləvazimatları hədiyyə olundu, xatirə şəkli çəkildi.

üdiri 

Keçidlər