Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 18 sentyabr- Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

18 sentyabr 2021 | 16:00

Beyləqanda 18 sentyabr- Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

18 sentyabr – dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəyovun doğum günü - ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu məqsədlə 18 sentyabr 2021-ci il tarixdə Beyləqanda Niyazi adına uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyovun doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Tədbirin açılışı musiqisi Üzeyir Hacıbəyova məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova çıxış edərək Üzeyir Hacıbəyovun həyat və yaradıcılğı haqqında danışmış, Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyini diqqətə çatdırmışdır.
Daha sonra məktəblilərin ifasında Üzeyir Hacıbəyova məxsus əsərlər səsləndirilib.

Keçidlər