Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüb.

21 sentyabr 2021 | 16:00

Sentyabrın 21-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüb.
Qeyd edək ki, bu il Beyləqan rayonunda ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 42 faizi keçid balını keçərək tələbə adını qazanmaq şansını əldə etmiş, abituriyentlərdən 3 nəfər isə 600 –dən yüksək bal toplamışdır.  
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əvvəlcə yüksək bal toplayan abituriyentləri bu nailiyyət münasibətilə təbrik edib, onlara gələcək tələbə həyatında uğur və müvəffəqiyyətlər arzulayıb. Beyləqan gənclərinin hər zaman yüksək göstəricilərə görə Respublikada ön sıralarda olduğunu qeyd edən rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından, bu sahədə əldə edilən uğurlardan, keçirilən islahatlardan danışıb.
Görüşdən sonra yüksək bal toplamış abituriyentlərin hər birinə Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanları və hədiyyələri təqdim  olunub.
Tələbələr və valideyinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirdilər.

Keçidlər