Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Xonçalı Novruz gəlir” adlı el şənliyi keçirilmişdir.

20 mart 2014 | 16:00

19 mart 2014-cü il tarixdə Novruz bayramı münasibətilə Beyləqan rayon icra hakimiyyətinin qarşısındakı Bayraq meydanında ümumrayon şənliyi keçirilmişdir.Bayram şənliyində Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, idarə və müəssisə rəhbərləri,ziyalılar, rayonun kənd və qəsəbələrindən nümayəndələr, rayon ictimaiyyətinin nümayəndələri, kütləvi informasiya vasitələrinin nüməyəndələri iştirak etmişlər.Bayram münasibəti ilə Bayraq meydanında böyük mərasim təşkil olunmuşdur.Bayraq meydanı Novruz bayramı münasibəti ilə başdan başa bayram libasına “libasına bürünmüşdür”.Meydanın ortasında böyük səməni, Baharı vəsf edən stendlər yerləşdirilmiş, alaçıqlar qurulmuşdur.Təbrik üçün ilk sözü Cəanb Vaqif Abdullayev açmışdır.O, öz təbrikində qeyd etdi ki, xalqımız doğma Azərbaycanımzın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinclə və yüksəl əhval-ruhiyyə ilə qarşılayır.Xalqımız bu gün də Novruz bayramını yüksək səviyyədə qeyd edir.
Bayram şənliyində kosanın, keçəlin, uzunun, gödəyin və başqalarının məzhəkələri cıxışları alqışlara səbəb oldu.
Bayram bir-birindən maraqlı musiqi çıxışları və rəqslərlə davam etmişdir.

Keçidlər