Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponya hökümətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində İmamverdilər kəndində inşa edilən tibb məntəqəsinin açılışı baş tutub.

28 sentyabr 2021 | 16:00

Yaponya hökümətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində İmamverdilər kəndində inşa edilən tibb məntəqəsinin açılışı baş tutub.


28 sentyabr 2021-ci il tarixdə İmamverdilər kəndində inşa edilən tibb məntəqəsinin açılışı baş tutub. Açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev və aparatın nümayəndələri, qonaq qismində Yaponyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cuniçi, Millət Vəkili Razi Nurullayev, Beyləqan “RMX”-sı Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirova və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Yaponya münasibətləri barədə çıxış edərək bildirmişdir ki, Yaponiya hökuməti ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələri mövcuddur. Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Bu dostluğun təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətləri siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olmuşdur . İcra başçısı görülmüş bu  işlərə görə Yaponiya hökümətinə minnətdarlığını bildirmiş, əməkdaşlığın daha geniş olmasını  diləmişdir.


Yaponiya dövləti bu vaxta qədər Azərbaycanda, o cümlədən, rayonumuzda böyük sosial layihələr həyata keçirmişdir. Hazırda İmamverdilər kəndində tikilmiş tibb məntəqəsi Yaponiya höküməti tərəfindən rayonda həyata keçirilən 4-cü sosial layihədir.
İmamverdilər kənd sakinləri inşa edilən tibb məntəqəsi üçün təşəkkür etmiş və görülən işdən məmnun qaldıqlarını bildirmişlər. Kənd sakinləri qeyd etmişlər ki, xeyli əvvəllər tikilmiş köhnə binada əhaliyə lazımi tibbi xidmət göstərmək mümkün olmadığından, kənd sakinləri rayon mərkəzinə getməli olurdu. Bu gün 1500 nəfər əhalisi olan, rayon mərkəzindən 40 km  uzaqlıqda yerləşən İmamverdilər kəndində tibb müəssisəsinin istifadəyə verilməsi kəndin sakinləri üçün önəmli hadisədir.

Keçidlər