Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi Beyləqan rayonunda qeyd edilmişdir.

29 mart 2014 | 16:00

28 mart 2014-cü il tarixdə Azərbaycanının Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibəti ilə Beyləqan rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirildi..Əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsinin rəhbərliyi və əməkdaşları Heydər Əliyev Mərkəzində ümumilli lider Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev tədbirdə çıxış edərək respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında Azərbaycan Milli təhlükəsizlik orqanlarının rolundan danışdı.Cənab V.İ.Abdullayev çıxışında qeyd etdi ki, ötən əsrin ortalarından başlayaraq milli təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarının formalaşmasında ümumilli lider Heydər Əliyev ənənələri bu gün möhtərəm Prezidentimiz cənab ilham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirilir.Cənab V.İ.Abdullayev çıxışının sonunda Azərbaycan Milli Təhlükəsizlik orqanlarında çalışan insanları səmimi qəlbdən təbrik etdi.

Keçidlər