Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beyləqanda bir neçə şəhidin anım mərasimində iştirak edib.

19 oktyabr 2021 | 16:00

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Şahin İsmayılov oktyabrın 19-da Beyləqan rayonunda torpaqlarımızın azadlığı uğunda canından keçən bir neçə şəhidin ildönümündə iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayondakı Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb müqəddəs ruhlarına dualar oxunulub.
Qeyd edək ki, 19 oktyabr tarixi Beyləqan rayonunun şəhidləri Əlizadə Toğrul Rafiq oğlu, Əliyev Elşən Novruz oğlu və Teymurov Mansur Elnur oğlunun anım günü idi. Onların xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak edən qonaqlar məhz bu cür igid oğullar sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini və tariximizin şanlı səhifəsinin yazıldığını qeyd ediblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmiz və bütün türk dünyası üçün əhəmiyyətindən danışılıb.
Çıxışlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən də bəhs olunub.
Sonda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdikləri üçün  Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümlərindən sonra təltif olunmuş şəhidlərin medalları Adil Əliyev tərəfindən onların atalarına təqdim edilib.

 

Keçidlər