Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində məktəblilər üçün “Qənimətlər parkına virtual səyahət” adlı onlayn turlar müntəzəm olaraq təşkil olunmağa davam edir.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində məktəblilər üçün “Qənimətlər parkına virtual səyahət” adlı onlayn turlar müntəzəm olaraq təşkil olunmağa davam edir.
Bu gün nümayiş olunan onlayn turda Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Heydər Əliyev Mərkəzinin əməkdaşları, R.Abbasov adına şəhər 4 saylı orta məktəbin şagirdləri və Gənclərin İnkişaf və Karyera mərkəzinin könüllüləri iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, sonra vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusu düşmən üzərində qazandığı qələbəmizdən söz açmış, bu tədbiri təşkil etməkdə əsas məqsədin Zəfərimizin bariz nümunəsi olan, aprelin 12-də Ali Baş Komandanımızın iştirakı ilə açılışı baş tutan Hərbi Qənimətlər Parkının nümayiş etdirilməsi olduğunu qeyd etmişlər. Gələcəyimiz sayılan uşaqların əsl vətəndaş ruhunda tərbiyə olunmalı, bunun üçün yeniyetmə və gənclərimiz Vətənimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrimizi öyrənməlidir deyə qeyd olunub.
Nümayiş olunan videoformatda onlayn turda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğrayan düşmən ordusunun hərbi texnikaları, ermənilərin qoyub qaçdıqları atıcı silahlar, ağır texnıkalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş etdirilirdi. Bundan əlavə mərkəzin əməkdaşları tərəfindən hazırlanmış 44 günlük Vətən Müharibəsinə həsr olunmuş digər videolar da izləyicələrə təqdim olunub.
Onlayn tur məktəblilər və gənclər arasında böyük marağa səbəb oldu.
Belə ki, şagirdlər bununla bağlı fikirlərini söyləmiş və vətənpərvərlik mövzusunda diskusiyalar aparılmışdır.