Şəhid Əliyev Pərvin Vüqar oğlunun cənnətdəki doğum günü
Şəhid Əliyev Pərvin Vüqar oğlunun cənnətdəki doğum günü.
Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şüacət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizəyə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
27 oktyabr torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Pərvin Vüqar oğlunun cənnətdəki ilk doğum günü idi. Pərvin Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dünyaya göz açıb. Halallığı, zəhməti daim uca tutan bir ailədə böyüyüb. Vətən Müharibəsində xüsusi igidliyi ilə seçilən Pərvin onu tanıyanlar tərəfindən həmişə xatirələrdə yaşayacaq.
Şəhidimiz Əliyev Pərvin Vüqar oğlunun doğum günü onun məzarı başında ehtiramla anıldı.
Qəhrəman şəhdimizin doğum günündə iştirak edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin ata ocağını ziayərt edərək valideyinləri ilə görüşdülər və şəhid qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq anıldı. Bildirildi ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq.
Daha sonra məktəbli şagirdlər şəhidlərə həsr olunmuş şeir və kompozisiyaları təqdim edib.
Şəhid Əliyev Pərvin Vüqar oğlu da daxil olmaqla bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onları hörmətlə yad edirik!