Oktyabrın 25-i Beyləqan rayonunun daha iki şəhidi –Şərq qəsəbəsinin şəhidi Qəmbərov Elnur Novruz oğlunun və Aşağı Çəmənli kəndinin şəhidi Qasımov Qoşqar Atakişi oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötdüyü gün idi.
Oktyabrın 25-i Beyləqan rayonunun daha iki şəhidi –Şərq qəsəbəsinin şəhidi Qəmbərov Elnur Novruz oğlunun və Aşağı Çəmənli kəndinin şəhidi Qasımov Qoşqar Atakişi oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötdüyü gün idi.
Şəhidlərin ildönümü mərasimində Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, Hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib, şəhidlərin ruhlarına dualar oxuyub və ailələrinə səbr diləyiblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev şəhid Qasımov Qoşqar Atakişi oğlunun və şəhid Qənbərov Elnur Novruz oğlunun “Qubadlının azad edilməsi uğrunda” medallarını onların ailə üzvlərinə təqdim edərək bu cür igidləri böyüdüb, boya-başa çatdırdıqları üçün onlara təşəkkür edib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elnur Qəmbərov 8 iyun, 1990-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində dünyaya gəlib. Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətə gedib. Döyüşlərdə xüsusi rəşadəti ilə seçilən Elnur Qubadlının işğaldan azad edilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Elnur Qənbərov " Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Qoşqar Qasımov 1995-ci il yanvarın 16-da Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Qoşqar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qoşqar Qasımov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qoşqar Qasımov ölümündə sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.