Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr- Zəfər Günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Beyləqan rayonunun mülki şəhidlərinin ailələri ziyarət olunmağa davam edir.

02 noyabr 2021 | 16:00

8 Noyabr- Zəfər Günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun mülki şəhidlərinin ailələri ziyarət olunmağa davam edir.

Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, rayonun Gənclər Evi, Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan rayon nümayəndiliyi tərəfindən erməni silahlı qüvvələrinin hücumu nəticəsində həlak olan mülki şəhidlərimizin ailələri ayrı-ayrı vaxtlarda ziyarət olunur.
Ailə üzvləri mülki şəhidlərlə birlikdə yaşadıqları  xatirələri bölüşmüş, onlara məxsus fotoşəkil və bir neçə əşyalarını ziyarətçilərə göstərmişlər.
Şəhid ailələri ilə psixoloji söhbət aparılmış və eyni zamanda bildirilmişdir ki, dövlət və hər bir vətəndaş hər zaman onların yanındadır və heç bir zaman dəstəyini onlardan əksik etməyəcək.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər