Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Möhtəşəm Qələbəmiz Zəfər salnaməsidir” adlı tədbir keçirilib.

01 noyabr 2021 | 16:00

Beyləqanda “Möhtəşəm Qələbəmiz Zəfər salnaməsidir” adlı tədbir keçirilib.


8 Noyabr- Zəfər günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələri, əfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəhbəriliyi və kollektivi, qazi, veteran və müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra rayon ictimaiyyət nümayəndələri ilə birlikdə Şəhidlər xiyabanı ziyarət edilərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarları önünə gül dəstələri düzülmüş və müqəddəs ruhlarına dualar oxunulmuşdur.
Tədbir Beyləqan rayon Heydər Əliyev Mərkəzində baş tutub. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər şəhid və qazilərimizin, eləcə də müharibə iştirakçılarının əzmi və vətən sevgisi sayəsində əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini və tariximizin şanlı səhifəsinə yeni bir tarix əlavə olunduğunu və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin ölkəmiz və bütün türk dünyası üçün əhəmiyyətiniən qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində şəhidlərimizin xatirəsinə həsr olunmuş sərgiylə tanış olublar.

Keçidlər