Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 8 Noyabr-Zəfər Günü təntənəli şəkildə qeyd edildi.

08 noyabr 2021 | 16:00

Beyləqanda 8 Noyabr-Zəfər Günü təntənəli şəkildə qeyd edildi.


Əvvəlcə rayon Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərindən ibarət flaşmob keçirilib. 400-ə yaxın könüllü flaşmobla Azərbaycan xəritəsi və "Zəfər Günü" yazısını yaradıblar.
Daha sonra  Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Ziyarətdən sonra 44 metrlik Azərbaycan bayrağı və Beyləqanın Vətən Müharibəsində şəhid olmuş 137 nəfər şəhidin şəkilləri olan plakatlarla Zəfər yürüşünə start verilib. Yürüyüşdə iştirak edənlər yüksək səslə "Şəhdilər ölməz, Vətən bölünməz" şüarı səsləndiriblər.
Yürüyüşdə rayon rəhbərliyi, idarə əməkdaşları, şəhid ailələri, vətən müharibəsi qaziləri, döyüşçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhər mərkəzindən başlayan yürüş Şəhidlər xiyabanına qədər davam edib.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət edilib. Daha sonra  Zəfər gününə həsr edilən tədbir keçirilib, Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tariximizin zəfər səlnaməsi olan əlamətdar gündən söhbət açıb. A.Ağayev qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun əks hücumu nəticəsində 44 gün müddətinə torpaqlarımız yağı düşməndən azad olundu. 30 illik Vətən həsrətinə son qoyuldu.
Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Zəfər Günü musiqili konsert proqramı ilə davam edib.
Həmçinin əlamətdar günü ilə əlaqədar şəhidlərin xatirəsinə ağac əkmə aksiyası keçirilib.

 

Keçidlər