11 Noyabr 2021-ci il tarixdə şəhid Hüseynli Şahin Vaqif oğlunun adına ucaldılmış momerial abidə bulağının açılış mərasimi oldu.
11 Noyabr 2021-ci il tarixdə şəhid Hüseynli Şahin Vaqif oğlunun adına ucaldılmış momerial abidə bulağının açılış mərasimi oldu. Şəhid bulağının açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə və müəssisə rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə Vətən Müharibəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik xükutla yad edildi və Dövlət himni səsləndirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd edib ki, Azərbaycanın hərb tarixində qızıl hərflərlə yazılan qələbəmizin qazanılmasında payı olan igid döyüşçülərimizdən biri Hüseynli Şahin Vaqif oğlununun torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan Vətən Müharibəsi zamanı şəhid olmasından bir il ötüb. Əlbəttə Şahin kimi qəhrəman övladlarımızla bu gün fəxr edirik və qürur duyuruq.
Şəhidin anası Tərgül Hacıyeva, şəhidin qardaşı Babək Hüseynli, döyüş yoldaşı Elmar İsmayılov şəhid Şahinlə birgə yaşadıqları xatirələri bölüşmüş, döyüşlər zamanı göstərdiyi qəhrəmanlıq və şüacətindən danışıblar. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə göstərilən diqqət və qayğı üçün təşəkkür ediblər.
Qeyd edək ki, Şahin Hüseynli döyüşlərdə göstərdiyi əsl igidlik və şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” müdalları ilə təltif edilib.
Sonda məktəblilər şəhidlərə həsr olunmuş şeir və kompozsiyalar təqdim ediblər.