7 may 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib.
07 may 2025 | 14:15
7 may 2025-ci tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda başçının müavinləri, şöbə müdirləri, idarə və müəssisə rəhbərləri də iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların şikayət və təklifləri ilə bağlı məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.