30 dekabr 2021-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Quliyev Azər Həmzə oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunmuşdur.
30 dekabr 2021 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Quliyev Azər Həmzə oğlunu bu münasibətlə təbrik etmiş və medalı ona təqdim etmişdir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Azər Quliyevin səmərəli fəaliyyətilə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətinin bariz nümunəsidir. Bu münasibətlə dəyərli əməkdaşımız Azər Quliyevi təbrik edir və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayırıq.