Şəhid Torğul Xudiyevin doğum günü ehtiramla anıldı.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri olan Torğul Habil oğlu Xudiyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Şərəfli döyüş yolu keçən Torğul Xudiyev Vətən Müharibəsində göstərdiyi şüaətə və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 29 dekabr 2021-ci il tarix Toğrulun cənnətdəki ilk doğum günü idi. Şəhidimizin doğum günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələri Yeganə Məmmədova və Heybət Əliyev, rayon Mərkəzi xəstəxanasının direktoru Nurəngiz Bəşirova, Şəhid ailələri, şəhidin hərbçi yoldaşları, məktəb kollektivi və məktəblilər, ictimaiyyət nümayəndələri onun məzarı başına toplaşaraq ruhunu ehtiramla yad ediblər.