Şriftin ölçüsü :

Saytın rəngi :

10 fevral 2022-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatına yeni sədr təyin olunmuş Müşfiq Arzuman oğlu Səfərovun təqdimatı keçirildi.

10 fevral 2022 | 16:00

Təqdimatda Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ilk öncə Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında məlumat verdikdən sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli yığıncağının qərarı ilə  tədbir iştirakçıların məlumatlandırdı.

Rayon rəhbəri öz çıxışında İdarə Heyətinin müvafiq qərarını rayon aktivlərinə təqdim edərək bildirdi ki, Müşfiq Arzuman oğlu Səfərov 01 fevral 2022-ci  il tarixdən Yeni Azərbaycan Partiyası  Beyləqan  rayon təşkilatının sədri vəzifəsinə təyin  edilmişdir.
Sonda rayon rəhbəri və tədbir iştirakçıları Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının yeni  təyin edilmiş sədrinə işlərində uğurlar arzuladılar.
Rayon təşkilatının yeni sədri Müşfiq Səfərov da öz növbəsində üzərinə düşən bu böyük  məsuliyyətli  işin  öhdəsindən lazımınca gələcəyinə, bu  istiqamətdə atacağı addımları Partiyanın tələb və tapşırıqlarına uyğun bir şəkildə yerinə yetirəcəyini, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə  gələcəyini əminliklə qeyd etdi.

Keçidlər