Rayonun Örənqala qəsəbəsində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 01 mart 2022-ci il tarixdə rayonun Örənqala qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini, Birinci Qarabağ müharibəsi əlili Quliyev Azər Nazir oğlu Örənqala qəsəbəsində dren-kollektor şəbəkəsinin təmizlənməsi və subartezian quyusunun təmir olunmasını, Məmmədov Kərəm Nadir oğlu övladının işlə təmin olunmasını, şəhid ailəsi Quliyev Aydın Hüseyn oğlu pay torpağına suvarma suyunu aparmasında çətinlik yarandığı üçün köməklik olunmasını, Quliyeva Validə Nüsrət qızı övladının fərdi yaşayış evinə qaz və işıq sayğacının qoyulmasına köməklik göstərilməsini, Örənqala qəsəbə tam orta məktəbində psixoloq işləyən Məmmədova Nəzakət Məhi qızı qiyabi təhsil alan övladının işlə təmin olunmasını, Örəqala qəsəbə tam orta məktəbində gözətçi işləyən Həsənov Fariz Ələsgər oğlu övladının Bakı şəhərində müalicəsi üçün göndəriş verilməsini xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Örənqala qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.