8 mart Qadınlar günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Rayon İcra Hakimiyyətində çalışan qadın işçilər və aparatın məsul nümayəndələri iştirak etdi. Asif Ağayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə İcra Hakimiyyətinin qadın işçilərini və onların simasında rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. A.Ağayev Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinin layiqli və möhkəm olduğunu bildirərək, Azərbaycan qadınının tarix boyu ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanındığını, Respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da qadınların ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verdiyini qeyd etdi. Daha sonra Asif Ağayev aparatın ictimai, siyasi və Humanitar məsələlər şöbəsinin müdiri, başçının müavini Yeganə Məmmədovanı və aparatın sektor müdiri-baş mühasibi Yeganə Abbasovanı göstərdikləri uzun müddətli səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif etdi.