Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Günəşli qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

10 mart 2022 | 16:00

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 10 mart 2022-ci il tarixdə rayonun Günəşli qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini Əhmədov Vaqif Məhəmmədəli oğlu çıxış edərək mərkəzi yoldan qəsəbə tam orta məktəbinə gələn yola yeni asfalt örtüyünün salındığı üçün rayon İcra hakimiyyəti başçısına təşəkkürünü bildirdi.  Daha sonra qəsəbə sakini Kərimov Elman Bağman oğlu subartezian quyusunun bərpa edilməsini, Hacıyev Mahir Süleyman oğlu ərazidən keçən dren-kollektorun təmizlənməsini, Məmmədov Əhəd Məhəmməd oğlu internet şəbəkəsinin sürətinin artırılmasını, Məmmədov Fəxrəddin Qurban oğlu elektrik sayğacı ilə bağlı problemin həll olunmasını, Hüseynov Elməddin Vaqif oğlu və Maksudov Həsən Balakişi oğlu müvafiq işlə təmin olunmasını, Əhmədov Vahid Fərman oğlu ərazidə kabelləşmə işlərinin aparılması zamanı elektrik transformatorunun dəyişdirilməsini, Həsənov İbrahim Qiyas oğlu isə pay torpaq  sahəsinin yaxınlığından yeni subartezian quyusunun qazılmasını xahiş etdi.  Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Günəşli qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər