Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Baharabad qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

15 mart 2022 | 16:00

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 15 mart 2022-ci il tarixdə rayonun Baharabad qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir. Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini Mürsəlov Akif Barat oğlu Baharabad qəsəbəsi ərazisində keçmiş sovetlər dövründə solxozun vəsaiti hesabına qazılmış subartezian quyusunun elektrik enerjisi ilə təmin edilməsini, Arifov Nurəddin Kirman  oğlu əsas yoldan qəsəbənin mərkəzinə gələn 1,0 (bir) km avtomobil yoluna  asfalt örtüyünün salınmasını, Məmmədov Əbülfəz Əsgər oğlu qəsəbə sakini Nazimov Rüstəm Əzim oğlunun ağır xəstə olmasını nəzərə alaraq ona köməklik olunmasını, Dursunov Həsən Paşa oğlu övladının “DOST İş Mərkəzi” MMC tərəfindən  qəsəbə ərazisində sosial işçi kimi işlə təmin olunmasını, Şahmanov Xolimcan Alişan oğlu gələcəkdə pay torpaq sahəsinin şoranlaşmasının qarşısının alınması məqsədi ilə 1,5 km uzunluğunda dren kanalının təmizlənməsini, Arifov Kamil Kirman oğlu övladının hər hansı bir işlə təmin olunmasını, Əmirov Məhəmməd Əli  oğlu Baharabad tibb məntəqəsinə ixtisaslı həkim verilməsini xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Baharabad qəsəbəsində sakinlərlə keçirilən səyyar qəbul çərşənbə gününə təsadüf etdiyindən tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev çərşənbə ətrafında sakinləri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.  Baharabad  qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər