Beyləqanda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri respublikasının hər yerində olduğu kimi Beyləqan rayonunda da diqqət və qayğı ilə əhatə olunublar. Belə ki, Novruz bayramı ərəfəsində də Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib. Görüş zamanı əməkdaşlarımız bizə düşmən üzərində öz canı bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi xalqımızın heç vaxt unutmayacağını, onların əziz xatirələrini daim uca tutacaqlarını və ehtiram göstərəcəklərini qeyd edib. Həmçinin şəhidlərimizin ailə üzvləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edilərək onlara bayram sovqatları təqdim olunmuşdur. Sovqatları qəbul edən ailələr göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.