Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda DTX əməkdaşlarının peşə bayramı qeyd olunub.

28 mart 2022 | 16:00

      Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
       Peşə bayramı münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqan Rayon şöbəsinin şəxsi heyəti ilə birlikdə tədbir keçirilib.
      Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 103 illiyi münasibətilə keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, DTX-nin Beyləqan rayon Şöbəsinin rəhbər heyəti, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
      Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə öz ehtiramlarını bildiriblər.
          Daha sonra keçirilmiş tədbirdə DTX-nin Beyləqan rayon Şöbəsinin rəhbərliyi və 3 nəfər əməkdaşı peşə bayramı münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

    

Keçidlər