Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda fermerlərlə görüş keçirilib

30 mart 2022 | 16:00

Bu gün Beyləqan rayon Heydər Əliyev Mərkəzində fermerlərlə görüş keçirilib. Fermerlərlə görüşdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev və rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib. Görüşdə taxıl əkini sahələrinin mövcud durumu, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanılması və fermerlərin əkinə hazırlıq prosesini düzgün həyata keçirməsi, sahələrin arata qoyulmasının vacibliyi qeyd olunub. Görüşdə bildirilmişdir ki, qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır. Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri sığortalamaq üçün sahələrini əkinə düzgün hazırlamalı, torpaqlar arata qoyulmalıdır. Görüş zamanı həmçinin yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fermerlər də görüş zamanı bildirmişlər ki, subsidiyaların ilin əvvəlində verilməsi onlar üçün çox yararlıdır, və onlar əsasən dövlətin ayırdığı vəsaiti gübrə, pestisid, toxum kimi kənd təsərrüfatı istehsal vasitələrinə xərcləyirlər. Görüşün gedişatında taxıl əkini sahələrinin mövcud durumu, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Keçidlər