Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Kəbirli kəndində səyyar qəbul-görüş keçirildi.

05 aprel 2022 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 05 aprel 2022-ci il tarixdə rayonun Kəbirli kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir. Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Kəbirli kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini Xudaverdiyev Yaqub Əli oğlu Kəbirli kəndində ötən il suvarma suyunda yaranmış çətinliklərin yaranmaması üçün müvafiq tədbirlərin görülməsi, Hacıyev Amid İsa oğlu Kəbirli bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasını, Tağıyev Zakir Kazım oğlu Kəbirli kənd 2 nömrəli tam orta məktəb binasının  yenidən tikilməsini, İbrahimov Baxşeyiş Qurban oğlu yeni məhəlləyə internet xəttinin çəkilməsini, Əsədova Səadət Musa qızı şəhid ailəsi olduğu üçün mənzil növbəliliyinə alınması və fərdi yaşayış evinin tikilməsini, Həsənov Şiraslan Əli oğlu Beyləqan şəhər ərazisində şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq tikintisi üçün torpaq sahəsinin müəyyən edilməsini xahiş etdi.  Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Kəbirli kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər