Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli oftalmoloq, alim,akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

24 aprel 2014 | 15:00

 23 aprel 2014-cü il tarixdə Beyləqan Mərkəzi rayon Xəstəxanasının iclas zalında  oftalmoloq, alim,akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkim və həkim kollektivi iştirak etmişlər.
Tədbiri Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov açıq elan edərək Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevə söz verdi.Cənab Vaqif Abdullayev dünya şöhrətli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və mənalı ömür yolundan ətraflı bəhs etdi. Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov, xəstəxananın göz həkimi Əsmər Kərimova və başqaları akademik Zərifə xanım Əliyevanın tibb sahəsində gördüyü uğurlardan danışmışlar.

Keçidlər