Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 69-cu ildönümü Beyləqan rayonunda qeyd olundu.

10 may 2014 | 15:00

9 May-Faşizm üzərində qələbə günü münasibətilə Beyləqan rayon Birinci Şahsevən kəndində tədbir keçirilmişdir.Tədbir Sovet İttifaqı qəhrəmanı Gəray Lətif oğlu Əsədovun ev muzeyində baş tutdu.Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Gəray Əsədovun büstü önünə əklil və gül-çiçək dəstələri düzdülər.Tədbiri Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açıq elan etdi və 1941-1945-ci illər həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxışında cənab Vaqif Abdullayev bildirdi ki, Azərbaycanın  qəhrəman oğulları faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuş və Berlinədək şanlı döyüş yolu keçmişlər.
Qeyd edək ki, tədbirdə Araz və Şahsevən kənd orta məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirdilər və qəhrəmanların xatirəsinə həsr olunmuş şeirlər söylədilər.
Sonda Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev 1941-1945-ci il müharibə veteranlarına hədiyyələr təqdim etdi.

Keçidlər