Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda möhtəşəm Gül bayramı təşkil olunmuşdur.

11 may 2014 | 15:00

10 may 2014-cü il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Respublikamızın  hər bir regionunda olduğu kimi Beyləqanda da bir-birindən maraqlı tədbirlərlə qeyd edildi.Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Gül bayramına qatıldılar.Mərkəz başdan-başa gül-çiçəyə bürünmüşdü.Ayrı-Ayrı istedadlar tərəfindən hazırlanan müxtəlif əl işləri, eksponatlar, təbii güllərlə parçalar üzərində yaradılan mənzərələr bayram iştirakçılarını məmnun etmişdir. Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev və bayram iştirakçıları Heydər Əliyev Mərkəzində düzəldilən gül kompozisiyalarına və əl işləri ilə tanış oldular.

Keçidlər