15 iyun-Milli Qurtuluş günü ilə bağlı Beyləqan rayonunda tədbir keçirilmişdir.
13 iyun 2014-cü il tarixdə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da “Qurtuluş günü” təntənə ilə qeyd olundu. Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzdülər.Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdi.
Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdi.Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, qorunmasında tarixi qiymətlərini vurğuladı.
Digər çıxış edənlər bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun təməli qoyulmuşdur.Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin qüdrəti böyük sürətlə artır, beynəlxalq aləmdə mövqeyi möhkəmlənir.Əsası ulu öndər Heydər Əliyevin tərəfindən qoyulan bu siyasəti layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir..