Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı Beyləqanda qeyd olunmuşdur.

24 iyun 2014 | 15:00

23 iyun 2014-cü il tarixdə Dövlət qulluqçularının peşə bayramı ilə bağlı bayram tədbiri keçirilmişdir.Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, rayonun dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, rayonun şəhər, qəsəbə və kənd ərazi icra nümayəndələrinin sədrləri, mətbuat işçiləri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzdülər.Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Cənab Vaqif Abdullayev Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi və onlara bu şərəfli yolda uğurlar arzuladı.
Vaqif Abdullayev çıxışında bildirdi ki, dövlət qulluqçularının peşə bayramı Birləşmiş Millətlər təşkilatı tərəfindən təsis edilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il respublikamızda 23 iyun Dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.
Tədbirin sonunda cənab Vaqif Abdullayev Dövlət qulluğunda fəaliyyəti ilə fərqlənən bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim etdi.

Keçidlər