Şriftin ölçüsü :

Saytın rəngi :

8 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

08 iyul 2026 | 16:47
8 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovla birgə, müavinləri, şöbə və sektor müdirləri, eləcə də rayonun aidiyyəti dövlət qurumlarının rəhbər və məsul əməkdaşları iştirak ediblər.
 
Qəbul zamanı rayon sakinləri növbəlilik əsasında qəbul olunaraq onları narahat edən məsələlər, müraciət və təkliflər dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, həlli aidiyyəti qurumların səlahiyyətinə aid olan müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun olaraq icrası üçün aidiyyəti üzrə yönləndirilib və nəzarətə götürülməsi məqsədilə müvafiq tapşırıqlar verilib.
 
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə göstərilən diqqət və həssas münasibətə görə minnətdarlıqlarını ifadə edərək, ölkəmizdə vətəndaş müraciətlərinə xüsusi önəm verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Keçidlər