8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid məzarları ziyarət olunur
04 noyabr 2025 | 12:07
2025-ci ildə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Qələbənin 5-ci ildönümü ərəfəsində Beyləqan rayonunda şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram nümayiş etdirilir.
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH aparatının əməkdaşları Bahar və Qəhrəmanlı qəsəbələrində, Bünyadlı kəndində yerləşən şəhid məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı məzarları üzərinə gül dəstələri qoyularaq şəhidlərimizin ruhuna dualar oxunmuş, onların Vətən uğrunda göstərdikləri igidlik və fədakarlıq böyük ehtiramla yad edilmişdir.
Bu ziyarətlər Azərbaycanın dövlətçilik ruhunun, xalqımızın birlik və həmrəyliyinin təcəssümüdür. Qanları ilə bu torpağı müqəddəsləşdirən şəhidlərimizin hər biri Zəfər tariximizin əbədi qəhrəmanıdır.
Şəhidlərin xatirəsinə ehtiram məqsədilə rayonun digər kənd və qəsəbələrində ziyarətlər davam etdirilir







