Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr-Zəfər Günü münasibətilə Beyləqanda Şəhidlər Xiyabanı ziyarət edilib

07 noyabr 2025 | 12:37
8 Noyabr – Şanlı Zəfər Gününün 5-ci ildönümü münasibətilə Beyləqanda Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini bir daha ehtiramla yad etdi. Çünki, bu müqəddəs tarix yalnız ölkəmizin hərbi qələbəsinin simvolu deyil, eyni zamanda şəhidlərimizin igidliyi, fədakarlığı və milli ruhu sayəsində xalqımızın iradəsinin əbədiləşdiyi gündür.
 
Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Beyləqanda Cərciz Peyramberi ziyarətgahında şəhid məzarları ziyarət edilib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
 
Zəfər Günü münasibətilə keçirilən bu müqəddəs ziyarət Azərbaycan xalqının qəhrəmanlarımız qarşısında sonsuz minnətdarlığını ifadə edir. Onların göstərdiyi fədakarlıq və igidlik hər birimizin qəlbində ölümsüz nümunə olaraq qalacaq.
Keçidlər