Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

07 noyabr 2026 | 12:21
8 Noyabr – Zəfər Günü münasibətilə Beyləqan rayonunda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsi ziyarət olunub.
 
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
İştirakçılar Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
 
Qeyd edək ki, bu gün xalqımızın böyük qürur və fəxarətlə qeyd etdiyi Zəfər Günü Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin, milli birliyinin və güclü dövlətçilik ideyalarının təntənəsidir. Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Məhz bu tarixi Zəfərin təməlində Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycan dövlətinin gücü və inkişaf yolu dayanır.
 
Zəfər Günü ərəfəsində Ulu Öndərin abidəsinin ziyarət edilməsi də onun əziz xatirəsinə ehtiramın, dövlətçilik irsinə sədaqətin və tarixi Zəfərimizin mənəvi köklərinə bağlılığın ifadəsidir.
Keçidlər