8 Noyabr – Zəfər Günü münasibətilə Ulu Öndərin xatirəsi yad edilib
07 noyabr 2025 | 11:07
8 Noyabr – Azərbaycanın şanlı Zəfər Günü münasibətilə xalqımızın böyük oğlu, müasir Azərbaycanın memarı və milli dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri ilə tarixə düşmüş Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivi, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Ziyarət zamanı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz xidmətlərə ehtiram bildirilmiş, onun ideyalarının və dəyərlərinin gələcək nəsillərə örnək olaraq ötürülməsi vurğulanmışdır.







