Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Beyləqan rayonuna səfər etmişdir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 24 iyun 2014-cü il tarixdə rayonumuzda olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.Tədbirdən öncə cənab Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Pənah Cahangirov, Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirmişlər.Heydər Əliyev Mərkəzində baş tutan görüşdə cənab Vaqif Abdullayev tədbir iştirakçılarını və qonaqları salamladı.
Tədbir iştirakçıları daha sonra Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbər ziyarətgahında olmuş, rayonun din xadimləri ilə görüşüb söhbət etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılmış şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulmuş, dinlərarası ünsiyyət təmin edilmiş, Azərbaycan tolerant ölkə kimi dünyada nümunəyə çevrilmişdir.