Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev Qəhrəmanlı qəsəbə sakinləri ilə görüş keçirmişdir.
18 iyul 2014 | 15:00
18 iyul 2014-cü il tarixdə Qəhrəmanlı qəsəbəsindəki Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin Qəhrəmanlı qəsəbə sakinləri ilə görüşü olmuşdur.Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, kəndin ziyalıları, ağsaqqallar iştirak etmişlər.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olundu və qəsəbəyə qaz çəkilişinin sürətləndirilməsi məqsədilə aidiyyatı orqanlar qarşısında məsələ qaldırılacağı bildirildi