Prokurorluq günü Beyləqan rayonunda qeyd edildi
01 oktyabr 2014-cü il tarixdə Gənclər Mərkəzində Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.Tədbirdən öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və mətbuat işçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev prokurorluq işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara bu çətin və şərəfli işində uğurlar arzulamışdır.
Beyləqan rayon Prokuroru Muxtar Eminov məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev bir qrup prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim etmişdir.